Türkiyə XİN rəhbəri ABŞ səfirinə irad bildirib
13.09.2016 582 0.0 0

 “ABŞ-ın Ankaradakı səfiri Türkiyənin qubernatoru deyil, o öz səlahiyyətlərini Diplomatik münasibətlər haqqında Vyana konvensiyasına uyğun şəkildə icra etməlidir”.

 

“Anadolu”ya istinadən verilən xəbərə görə, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ABŞ səfirliyinin bəyanatını şərh edərkən deyib.

 

Qeyd edək ki, ABŞ-ın Ankaradakı səfirliyi Amerikanın Türkiyə hökumətinin 28 yerli özünüidarəetmə orqanının rəhbərini PKK və FETO ilə əlaqəli olduğuna görə vəzifəsindən uzaqlaşdırılması qərarından narahat olduğunu bildirib.  

 

Nazir yenidən Gülənin ABŞ-dan ekstradisiya olunması məsələsinə toxunub: “Biz ABŞ hakimiyyətindən Gülənin həbs  edilməsini gözləyirik”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar