Türkiyə XİN: 'İncirlik' aviabazası Gülənin işi ilə əlaqələndirilməməlidir
14.10.2016 549 0.0 0

 “İncirlik” aviabazası Türkiyənin müttəfiqləri tərəfindən İŞİD-ə qarşı mübarizə üçün istifadə olunur və bu məsələ Gülənlə bağlı işlə əlaqələndirilməməlidir. “RİA Novosti”yə istinadən veril'n xəbərə görə, bu barədə Türkiyə XİN-dən bildirilib.

 

“Əgər biz beynəlxalq arenada lazımi tədbir və addımlardan danışırıqsa, onlar beynəlxalq razılaşmalara uyğundur - bizim üçün hüquqi çərçivə çox əhəmiyyətlidir. “İncirlik” bazasına gəlincə, biz hazırda onu İŞİD-lə mübarizə üçün koalisiyanın ixtiyarına vermişik, bu məsələnin Gülənin təşkilatı ilə əlaqəsi yoxdur”, - deyə Türkiyə XİN-dəki mənbə bildirib.  

 

Mənbə qeyd edib ki, Türkiyə tək İŞİD-lə yox, FETÖ və PKK ilə də mübarizədə dost və tərəfdaş ölkələrdən dəstək gözləyir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar