Türkiyə voleybolda 1/4 finala çıxdı
19.06.2015 652 0.0 0
Rəqabətdə gücünü qoruyan Xorvatiya 3-1 hesabı ilə qalib gəldi

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, bu gün ilk Avropa Oyunlarında qadınlar arasında keçirilən voleybol turnirində Rumıniyanı 3-0 hesabla məğlub edən Türkiyə komandası yarımfinala vəsiqə qazandı.

Dünya reytinqində 8-ci sırada qərarlaşan komanda üçün Kristal Zal 1-də keçrilən oyunda qazandığı qalibiyyət (25-16, 25-22, 25- 19) olduqca asan oldu.

Türkiyə sıralamada 3-cü yerdədir. Komandasına 25 xal qazandıran Polen Uslupəhlivan (TUR) A qrupunda keçirilən oyundan sonra qalib olacaqlarına inanırdı:

Biz digər komandalarla müqayisədə daha güclüyük. Qrupda lider olacağımıza inanırıq və bunun üçün bütün gücümüzü ortaya qoyacayıq. Bizimlə eyni səviyyədə olan Azərbaycan bizim ən güclü rəqibimizdir.-Polen Uslupəhlivan

Bu məğlubiyyətlə Rumınya 4 ardıcıl oyunda iştirak etmə şansını da itirdi.Əgər İtaliya komandası rəqibi ilə oyunda məğlub olsa, onda komandanın mübarizədən kənarlaşması təsdiqlənəcək.

B qrupunda keçirilən oyunda Bolqarıstana qarşı mübarizə aparan Xorvatiya 1/4-ə çıxmaq imkanını artırmaq üçün ilk qələbəsini qazandı.İlk iki seti 25-23 xal hesabı ilə bitirən komanda 3-cü seti 25-15 hesabla bitirdi. Xorvatiya final setini 25-23 xal hesabı ilə yekunlaşdırdı.

Xorvatiyanın baş məşqçisi Anqelo Vercesi (BRA) komandası ilə fəxr etdiyini deyib:

Bu gün biz əsl komanda kimi, taktikalarla oynadıq və mükəmməl oyun göstərdik. Təmkinimizi qoruduq və əla ötürmələr etdik, blokda və müdafiədə üstünlüyü ələ ala bildik. Növbəti oyunlara gəlincə, Almaniya güclü komandadır, ona görə də, daha diqqətli olmalı, daha çox şey öyərnməliyik.-Anqelo Vercesi

İyunun 21-də A qrupunda Türkiyə Azərbaycan komandası ilə, Rumınya isə İtaliya ilə üz-üzə gələcək.

Eyni gündə, B qrupunda Xorvatiya Almaniya ilə, Bolqarıstan komandası isə Hollandiya ilə qarşılaşacaq


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar