Türkiyə və Rusiya müdafiə nazirləri İdlibdəki vəziyyəti müzakirə ediblər
18.06.2019 473 0.0 0

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Suriyanın İdlib bölgəsindəki vəziyyəti müzakirə ediblər. Nazirlər Astana və Soçi razılaşmalarına sadiq olduqlarını bildiriblər.

Bundan əlavə, H.Akar və S.Şoyqu ilk növbədə İdlib olmaqla regionda sülh, sabitlik və barışın təmin edilməsi üçün atılmalı addımları müzakirə ediblər./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar