Türkiyə və Rusiya energetika üzrə əməkdaşlığı gücləndirmək istəyirlər
22.11.2017 598 0.0 0

Türkiyənin energetika və təbii resurslar naziri Berat Albayrakın Rusiyaya səfəri zamanı iki ölkə arasında energetika sahəsində əməkdaşlıq üzrə müzakirələr aparılacaq.

Məlumata görə, bu gün baş tutacaq səfər çərçivəsində Soçidə B.Albayrakla Rusiyanın energetika naziri Aleksandr Novak arasında danışıqlar gözlənilir.

Tərəflər "Türk axını" və "Akkuyu" AES-in tikintisi kimi energetika layihələrini müzakirə etmək niyyətindədirlər.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Soçiyə səfər edəcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar