Türkiyə təhlükəsizlik qüvvələri İŞİD liderinin yaxın ətrafındakı 13 nəfəri saxlayıb
08.11.2019 81 0.0 0

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD-in öldürülmüş lideri Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafındakı 13 nəfəri saxlayıb.

RİA "Novosti" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Macarıstana səfərin gedişatında keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan bildirib.

"Aazazeda (Suriyada-red) biz əl-Bağdadinin bacısını və onun ərini yaxaladıq. İndi əlimizdə onun yaxın ətrafından 13 nəfər var", - deyə Ərdoğan bildirib./Report/


Digər xəbərlər:
Şərhlər
avatar