Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi İrana səfər edəcək
21.08.2017 564 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar yaxın zamanlarda Tehrana səfər edəcək.

İran KİV-inə istinadən xəbər verilir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi Məhəmmədhüseyn Baqiri avqustun 21-də Tehranda Türkiyəyə səfəri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, türkiyəli həmkarı çox yaxın zamanda İrana səfər edəcək.

M.Baqiri Ankarada başladıqları müzakirələri Tehranda davam etdirəcəklərini söyləyib.

Qeyd edək ki, o, Türkiyədə keçirdiyi görüşlərdə terrorçuluğa qarşı mübarizə, bölgədəki vəziyyət, qarşılıqlı müdafiə istiqamətində əlaqələr və sərhəd bölgələrində əməkdaşlığa dair məsələləri müzakirə edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da İrana səfəri gözlənilir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar