Türkiyə sahillərində növbəti dəfə mina aşkarlanıb
06.04.2022 325 0.0 0

Qara dənizdə, Türkiyənin şimal-qərb sahillərində növbəti dəfə mina aşkar edilib.

Məlumata görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, mina Kefken adası yaxınlığında patrul təyyarəsi tərəfindən aşkarlanıb. Həmin bölgə təhlükəsizlik məqsədilə əhatəyə alınıb və minanın zərərsizləşdirilməsi üçün mütəxəssislər cəlb edilib.

 

Xatırladaq ki, mart ayının sonlarında Türkiyə sularında bir neçə dəfə, eləcə Rumıniya və Bolqarıstan sahillərində dəniz minaları aşkar edilmişdi./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar