Türkiyə səssizcə İrəvanı «sındırdı»
30.03.2015 745 0.0 0

Türkiyənin səssiz-sədasız çox əhəmiyyətli diplomatik müvəffəqiyyətə imza atıb.

Məlumata görə, Ermənistan qondarma soyqırımın 100 illiyində Roma papasını İrəvana gətrimək istəsə də buna nail ola bilməyib. Belə ki, aprelin 24-də İrəvanda xüsusi ayin keçirmək adı ilə Papaya göndərilən dəvətə mənfi cavab verilib. Və Papa Fransisk aprelin 12-də İrəvana səfər edəcək ki, bu səfərin məqsədi də heç də qondarma soyqırımın 100 iliyi ilə bağlı olmayacaq. 

Vatikan səfiri Mehmet Paçacının uzun nəfəsli diplomatik cəhdləri nəticəsində, Ermənistan "100-cü il xüsusi ayini" hədəfinə çata bilmədi.

Türkiyə mətbuatı yazır ki, erməni kilsəsinin Papaya göndərdiyi dəvətdən sonra Ankara Romadakı səfiri Mehmet Paçacıya müvafiq tapşırıqlar verir. Türk səfir də Vatikan nümayəndələri ilə keçiridiyi görüşlərdə səfərin 24 aprelə təsadüf etməməsinə nail olur. 
 
Roma Papasının aprelin 12-də İrəvanda keçirəcəyi ayin də "soyqırım"a aid olmayacaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar