Türkiyə Qətərə ordu göndərir - ABŞ VƏ SƏUDİYYƏYƏ QARŞI
08.06.2017 684 0.0 0

Qətər əmirini Türkiyə Ordusu qoruyacaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Türkiyənin Qətərə hərbçilər göndərmək barədə razılaşmanın detalları məlum olub.

 

Bu ölkədə xidmət edən hərbçilərin bütün xərclərini Qətər dövləti qarşılayacaq. Beləliklə, Türk ordusu Qətərın ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsində hədəf olduğu müddətdə ölkəni qorumaq üçün "legionerlik" edəcək. Hərbi bazanın maliyyə xərclərini də indiyə kimi Qətər ödəyirdi.

 

Türk ordusunun xidmət etdiyi dövrdə ortaya çıxacaq hər hansı hüquqi anlaşmazlıqları iki ölkənin hökumətləri həll edəcək. Bununla Qətərdəki hazırkı əmirin yerinə Türkiyə dövləti ilə münasibətləri yaxşı olmayan başqa şəxs gəldikdə, bu ölkədə xidmət edən hərbçilər hüquqi zəmanətdən məhrum olacaq.

 

Hərbi bazanın Qətərdə qurulmasının səbəbi isə Türkiyənin Xarici İşlər Nazirliyindən "15 iyul dövlət çevrilişinə cəhd zamanı mövcud hökumətin yanında tam qüvvəsi ilə durduğu" göstərilib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə dövlətin Qətərlə münasibətləri kəsməsinə görə anlaşma Türkiyə Böyük Millət Məclisində vaxtından əvvəl müzakirəyə çıxarılaraq qəbul olunub.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar