Türkiyə prezidentinin ABŞ-a rəsmi səfərinin vaxtı açıqlanıb
19.04.2017 722 0.0 0

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il mayın sonunda ABŞ-a rəsmi səfər edəcək.

"Haberler"ə istinadən xəbər verilir ki, səfər Ramazan ayından və mayın 24-25-də Brüsseldə keçiriləcək NATO-nun zirvə toplantısından əvvəl gerçəkləşəcək.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan səfər çərçivəsində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Xəbərdə bildirilib ki, səfər zamanı ikitərəfli əlaqələrin inkişafı, bölgədəki, xüsusilə Suriyadakı vəziyyətin müzakirə ediləcəyi ehtimal olunur. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar