Türkiyə prezidenti İraqın baş naziri ilə telefonla danışıb
31.12.2016 834 0

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın baş naziri Heydər əl-İbadi ilə telefonla danışıb.
“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, danışıq zamanı terrora qarşı birgə mübarizə müzakirə edilib.
Ərdoğan və əl-İbadi bütün terrorçu qruplaşmalara qarşı birgə mübarizənin vacib olduğunu, terrorçuluğa bölgənin sabitliyini pozmasına imkan verilməyəcəklərini vurğulayıblar.
Türkiyə prezidenti və İraq hökumətinin başçısı telefon danışığında 2017-ci ildə öz ölkələri başda olmaqla bütün bölgəyə sabitlik və sülhün gəlməsini arzulayıblar.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər