Türkiyə paytaxtında axşam saatlarında böyük partlayış olub-VİDEO
13.03.2016 675 0.0 0

Ankara valiliyi Kızılayda baş vermiş patlayış nəticəsində biri polis olmaqla 27 adamın öldüyünü, 75 adamın yaralandığını açıqlayıb.

Valiliyin açıqlamasında deyilir: "13.03.2016-cı il tarixdə bazar günü saat 18.45 sıralarında Kızılayda bir avtomobilin partladılması nəticəsində ilk təyin etmələrə görə hadisə yerində 23, xəstəxanaya aparılarkən 4 olmaq üzrə cəmi 27 vətəndaşımız vəfat edib, yaralanan təxminən 75 vətəndaşımız isə müxtəlif xəstəxanalarda müalicəyə aparılıb".

***22:11***

Türkiyə paytaxtı Ankaranın Kızılay səmtində axşam saatlarında baş vermiş böyük  partlayışından sonra hadisə yerində  5 cansız cəsədə rast gəlinib.

Məlumata görə, Türkiyə mətbuatı ölü sayının arta biləcəyini vurğulayır. 

***21:15***

Türkiyə paytaxtı Ankaranın Kızılay səmtində axşam saatlarında böyük  partlayış olub.

Məlumata görə, nəqliyyat vasitələrinin yandığı barədə xəbərlər gələn bölgəyə təhlükəsizlik gücləri, təcili yardım avtomobilləri və xilasetmə qrupları sövq edilib.

Hadisənin şahidləri partlayışın yerli vaxtla saat 18.35-də (Bakı vaxtı ilə 20.35-də) Güvenpark yaxınlarında meydana gəldiyini söyləyirlər. Massivdəki nəqliyyat vasitələrinə və bəzi binalara zərər dəyib.

 

Ankarada Kızılayda baş vermiş partlayış

Güvenparkdakı avtobus dayanacaqlarının olduğu yerdə ölü və yaralıların olduğu bildirilir.

 

 

Yaralılar hadisə yerinə gələn təcili yardımlarla ətrafdakı xəstəxanalara qaldırılır. Təhlükəsizlik gücləri partlayışın meydana gəldiyi bölgəni 2-ci bir partlayış ehtimalına görə tamamilə boşaldırlar.

Partlayışın bomba yüklü avtomobillə həyata keçirilən terror hücumu olduğu bildirilir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar