Türkiyə parlamentinin sədr müavini Almaniyada həbs edildi
07.12.2016 1054 0.0 0

Türkiyə Böyük Millət Məclisi (TBMM) sədrinin müavini Ayşenur Bahçekapılı Almaniya polisi tərəfindən "qaçaqmalçılıq"da şübhəli bilinərək saatlarla saxlanılıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, onun çantası Almaniyanın Köln şəhərində qaldığı mehmanxanda oğurlanıb. Çantada pul, kredit kartı, pasport da olub. 

Türkiyəli vitse-spiker polisə gedərək hadisə ilə bağlı şikayət edib: “Konsulluğumuza getdim, müvəqqəti pasport aldım. Hava limanına gəldikdə, sözün əsl mənasında qalmaqalla üzləşdim. Polis məni saxladı. Müvəqqəti pasportu qəbul etmədilər. Bizi orada 45 dəqiqə saxladılar. Diplomatik pasportumun olduğunu söylədim. Konsulluğumuzla əlaqə saxlmalarını istədim. Nə dedimsə, “bizi maraqlandırmır” söylədilər. Sadəcə dinlədilər. Millət vəkili və sədr müavini olduğumu dedim. Ancaq dinləməklə kifayətləndilər. Uzun müddət məni orada saxladılar. Nəhayət, uzun araşdırmadan sonra bizi pasport yoxlanılan yerə gətirdilər”.

Məlumatda bildirilib ki, mütəxəssislər Türkiyədə axtarışda olan terrorçulara vətəndaşlıq verən Almaniya hökumətinin TBMM sədrinin müavini ilə qorxduğundan belə davrandığını söyləyiblər: "Almaniya bu davranışı ilə bəzi məsələlərdə geri addım atması üçün Türkiyəyə təzyiq göstərir.”


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar