Türkiyə ordusu Suriyada itkilər verir: 14 şəhid
22.12.2016 673 0.0 0

Suriyanın Əl-Bab bölgəsində gedən döyüşlər zamanı 14 türk əsgəri həlak olub.

 

“Milliyet”-ə istinadən verilən xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

 

Bundan əlavə 18 əsgərin yaralandığı, onlardan 6-nın vəziyyətinin ağır olduğu qeyd edilir.  

 

Əl-Bab bölgəsində gün ərzində aparılan döyüşlərdə 138 terrorçu məhv edilib.

 

Qeyd edək k, Türkiyə ordusu Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar