Türkiyənin yeni baş naziri Azərbaycana gəlir
27.05.2016 580 0.0 0

Türkiyənin yeni baş naziri Binəli Yıldırımın ilk xarici səfər proqramı bəlli olub.

 

“Hürriyet”ə istinadən verilən xəbərə görə, B. Yıldırım ənənəvi olaraq ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcək. O, iyunun 1-də Şimali Kiprə yola düşəcək və prezident Mustafa Akıncı, baş nazir Hüseyn Özgürgün ilə görüşəcək.

 

B. Yıldırım daha sonra Azərbaycana gələcək və prezident İlham Əliyevlə görüşəcək.

 

Məlumata görə, Türkiyənin yeni baş naziri Binəli Yıldırımın Azərbaycana iyunun 3-də səfər edəcək.

 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar