Türkiyənin Van şəhərində güclü partlayış törədilib, yaralılar var- Yenilənib
12.09.2016 681 0.0 0

 

Bu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.

 

“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-i polis olmaqla, 48 nəfərin yaralandığını açıqlayıb.

 

Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb./apa/

 

*****

 

Türkiyədə partlayış törədilib.

 

“Hürriyet” qəzetinə istinadən verilən məlumata görə, Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının qərargahı ilə Van Valiliyi arasındakı ərazidə güclü partlayış baş verib.

 

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını göndərilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar