Türkiyənin tanınmış müğənnisi dünyasını dəyişib
20.07.2017 999 0.0 0

Uzun müddət xərçəngdən müalicə alan müğənni Harun Kolçak 62 yaşında vəfat edib.

 

Məlumata görə, sonuncu dəfə xəstəxanaya yerləşdirilən ifaçının xərçəng xəstəliyinin bütün bədəninə yayıldığı və nəticədə təcili əməliyyat olunması lazım olduğu iddia olunub. Əməliyyat olunan məşhur müğənni dünyasını dəyişib.

 

Harun Kolçak Türkiyədə 90-cı illərin məşhur pop ifaçılarından sayılır. O, eyni zamanda bəstəkar və gitara ifaçısı kimi də tanınırdı./apa/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar