Türkiyənin ədliyyə naziri: «Gülən Birləşmiş Ştatlardan qaçıb»
28.07.2016 754 0.0 0

Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ ölkədə çevriliş cəhdində ittiham olunan Fətullah Gülənin ABŞ ərazisini tərk etdiyini ehtimal edir.

 

Qazeta.info bildirir ki, APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, nazir F.Gülənin üz tutduğu ehtimal olunan ölkələrin də adını sadalayıb.

 

Onun sözlərinə görə, nurçuların lideri hazırda Avstraliya, Meksika, Kanada, Cənubi Afrika və yaxud Misirə sığınıb.

 

Qeyd edək ki, Türkiyədə iyulun 16-na keçən gecə baş vermiş çevriliş cəhdindən sonra ölkə ərazisində Gülən şəbəkəsinə aid 1000-dən çox məktəb və hazırlıq kursu, o cümlədən telekanal, qəzetlər və bu şəbəkə ilə əlaqəsi olmaqda şübhəli bilinən digər təyinatlı müəssisələrin fəaliyyəti dayandırılıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar