Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar girovluğundan azad edilib
16.07.2016 1785 0.0 0

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akarın hərbi çevrilişə cəhd edənlərin girovluğundan azad edildiyi bildirilir.

 

Məlumata görə, bu barədə CNNTürk xəbər yayıb.

 

Xəbərə görə, girov götürülmüş Baş Qərargah rəisi Akınçı hərbi bazasına aparılıb.

 

Son saatlarda keçirilmiş əməliyyat nəticəsində isə H. Akar azad edilib.

 

Hazırda onun səhhətinin normal olduğu və davam edən əməliyyata rəhbərliyi üzərinə götürdüyü də qeyd olunur. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar