Türkiyənin baş naziri İraqda səfərdədir
07.01.2017 891 0.0 0

 Türkiyənin baş naziri Binəli Yıldırım İraqda rəsmi səfərdədir.

“Report” Anadolu agentliyinə istinadən xəbər verir ki, onu səfərdə müdafiə naziri Fikri Işık, milli təhsil naziri İsmet Yılmaz, enerji və təbii ehtiyatlar naziri Berat Albayrak, iqtisadiyyat naziri Nihat Zeybekçi, gömrük və ticarət naziri Bülent Tüfenkci müşayiət edirlər.

B.Yıldırım Bağdadda İraq prezidenti Fuad Masum və məclisin sədri Selim Cuburi ilə görüşəcək. Baş nazir İraqın aparıcı partiyaları və İraq türkmənlərinin təmsilçiləri ilə də bir araya gələcək. Onun Ərbilə gedərək, İraqın şimalındakı kürd muxtariyyətinin başçısı Məsud Barzani və yerli hökumətin rəhbəri Neçirvan Barzani ilə görüş keçirəcəyi də gözlənilir.

Görüşlərdə terrorçu PKK-nın İraqın Kandil və Şengal bölgələrindən çıxarılması, bu qruplaşmanın Suriyadakı qolu olan PYD üzvlərinin təcrid edilməsi kimi məsələlərin müzakirəsi də gözlənilir.

Qeyd edək ki, Binəli Yıldırım yanvarın 5-də İraqa səfər etməli idi. Ancaq səfər təxirə salındığından, yanvarın 7-də həyata keçirilib. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar