Türkiyənin 40 əyalətində FETÖ-yə qarşı əməliyyat keçirilib
22.11.2017 618 0.0 0

Türkiyənin 40 əyalətində eyni vaxtda Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı əməliyyat keçirilib.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, məqsəd 134 nəfər şübhəli şəxsin tutulmasıdır.

Həmin şəxslər Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçuları olublar və və orduda FETÖ-nün “Məhrəm imamlığ"ını ediblər. Onlar FETÖ-yə üzv olmaq, terror qruplaşması adından fəaliyyət göstərmək, qanunsuz təşkilatlanmaq və digər cinayətlərdə ittiham olunurlar.

Əməliyyatı Konya əyaləti Təhlükəsizlik İdarəsinin Qaçaqçılıq və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Şöbəsi aparıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar