Türkiyə Liviyaya dəstək verməyə davam edəcək
23.12.2019 144 0.0 0

Türkiyə ilə Liviya arasında iki memorandumun imzalanması, hər iki dövlətin bölgədəki maraqlarını təmin etmək üçün strateji əhəmiyyətli bir addımdır.

“Anadolu” agentliyinə istinadən xəbər verilir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

H. Akar, “Təhlükəsizlik və hərbi əməkdaşlığa dair razılaşma sənədi” və “Dəniz səlahiyyət sahələrinin məhdudlaşdırılmasına dair razılaşma sənədi”nin Ankara ilə Tripoli üçün əhəmiyyətli olduğunu vurğulayıb.

“Hər iki sənəd beynəlxalq hüquqa uyğundur və BMT-nin heç bir qətnaməsinə zidd deyil. Türkiyə və Liviya bölgədəki status-kvonun dəyişdirilməsinə imkan verməyəcək və öz hüquqlarının qorunmasını təmin edəcəklər. Bu açıq şəkildə bildirilib”.

Türkiyəli nazir, Liviyada sülh, sabitlik və təhlükəsizlik tam təmin olunana qədər Ankaranın bu ölkə sakinlərinə dəstəyini davam etdirəcəyini qeyd edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar