Türkiyəli deputatlar CHP-li həmkarlarının AŞPA-da Azərbaycan əleyhinə olan sənədi dəstəkləmələrini pisləyiblər
17.10.2017 709 0.0 0

Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü olan müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatları Deniz Baykal, İlhan Kesici və Ayşe Gülsün Bilgehanın AŞPA-da Azərbaycana qarşı sənədi dəstəkləmələri hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri tərəfindən pislənilib.

Türkiyə Böyük Millət Məclisində (TBMM) Rizə şəhərini təmsil edən millət vəkili, AKP üzvü Hikmət Ayar açıqlamasında CHP-dən olan həmkarlarının belə bir addım atmasına təəccüblənmədiyini bildirib.

 

                                                                                         Hikmət Ayar

H.Ayar deyib ki, onlar Türkiyənin AŞPA-dakı nüfuzuna xələl gətirməklə yanaşı, rəsmi Ankaranın tutduğu mövqeyə də qarşı çıxıblar: "Azərbaycan bizim qardaş ölkəmizidir. Biz ətlə dırnaq kimiyik. Azərbaycanın əleyhinə olan bir sənəd elə Türkiyəyə qarşı yönəlib. Bu millət vəkillərinə münasibətimiz sərtdir. Onları Türkiyə Cümhuriyyətinin vətəndaşları hesab etmirəm. Ona görə də bir daha düşünsünlər, çünki törətdikləri əməllər vətəndaşlıq sərhədlərini aşmaqdadır”.

Parlamentdə Girəsun şəhərini təmsil edən millət vəkili, AKP üzvü Sabri Öztürk "Report"a açıqlamasında bildirib ki, Türkiyə vətəndaşı olan siyasətçilərin AŞPA-da belə bir addım atması qəbuledilməzdir: "Azərbaycanlılarla bizim soykökümüz eynidir və bizləri bir-birimizə qan bağı, tarixi köklərimiz birləşdirir".

 

                                                                                           Sabri Öztürk

 

S.Öztürk vurğulayıb ki, Azərbaycan yaxşı və pis günündə hər zaman Azərbaycanın yanında yer alıb: "Bir millət, iki dövlət", deyirik, bundan böyük bağlılıq ola bilərmi?! Biz də həmçinin çətin günlərində Azərbaycanın yanında yer almışıq və bundan sonra da belə olacaq. Ermənistan Azərbaycana qarşı beynəlxaq hüquq normalarını pozaraq minlərlə günasız vətəndaşı qətlə yetirib və torpaqlarını işğal edib. Bu, sadəcə, onların deyil, bizim də problemimizdir. Onların haqq səsi olmaq bizim vəzifəmizdir. Əgər bunu edə bilmirlərsə, susmaq əvəzinə, bu kimi lazımsız və uyğun olmayan addımlar atmaları heç xoş deyil. Bir türk millət vəkilinin Azərbaycan əleyhinə olan sənədə səs verməsini əsla qəbul edə bilmərik. Bu, CHP-li deputatların çox böyük səhvidir”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar