Türkiyəli aktyor iflic olub
01.03.2018 969 0.0 0

Tanınmış türkiyəli aktyor Ercan Yazgan iflic olub.

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, sənətçi özəl xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir. 

Həkimlər onun səhhətinin yaxşılaşdığını bildirib.

Qeyd edək ki, E.Yazgan 1946-cı ildə Türkiyədə doğulub. O, "Perihan Abla" serialındakı sürücü İsmet xarakteri ilə tanınıb. 1989-2002-ci illərdə davamlı olaraq "Bizimkilər" serialında qapıçı Cəfəri canlandırıb. Aktyor bir çox serial və filmlərdə rol alıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar