Türkiyəli aktyor Emmi mükfatına layiq görülüb
26.11.2019 620 0.0 0

Türkiyəli aktyor Haluk Bilginer ən yaxşı kişi rolunun ifaçısı kimi Beynəlxalq 47-ci Emmi Mükafatına layiq görülüb.

Bildirək ki, məlumatı “CNNTurk” yayıb.

O, “Şəxsiyyət” serialındakı roluna görə bu mükafatı alıb.

“Özümdən çox bu mükafat Türkiyəyə gedəcəyi üçün şadam”, - deyə o bildirib.

Haluik Bilginer 21 ölkədən 11 kateqoriya üzrə 44 namizədin adı olan siyahıda ən yaxşı kişi rolunun ifaçısı seçilib.

Xatırladaq ki, Emmi mükafatı və ya sadəcə Emmi - Amerikada televiziya sahəsində təqdim edilir. Emmi kino sahəsində Oskar, musiqi sahəsində Qremmi, teatr sahəsində Toni mükafatlarının televiziya ekvivalenti sayılır./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar