Türkiyə İraq sərhədinə tank qüvvələri cəmləşdirir
01.11.2016 837 0.0 0

Türkiyə İraq sərhədinə çoxlu sayda zirehli texnika və əlavə qoşun kontingenti cəmləşdirir.
 
Məlumata görə, bu barədə NTV telekanalı hərbi mənbəyə istinadən məlumat yayıb.
 
Məlumata görə, çoxlu sayda tanklar və digər zirehli texnika İraqla həmsərhəd Şırnak əyalətinə irəliləyir. Texnikanın mərkəzi əyalətlərdən göndərildiyi bildirilir.   
 
Türkiyənin müdafiə naziri Fikri İşık bu məlumatı təsdiqləyib. O bildirib ki, hərbi texnikanın sərhəddə cəmləşdirilməsi bölgədə hadisələrin mümkün inkişafına hazırlıq məqsədi ilə həyata keçirilir. Nazir həmçinin qeyd edib ki, zərurət yarandıqda Türkiyə İraqın şimalında yerləşən Başik bazasındakı hərbi kontingentini gücləndirə bilər. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar