Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin görüşünün tarixi məlum olub
19.02.2018 787 0.0 0

Türkiyə, İran və Rusiya xarici işlər nazirlərinin görüşü martın 14-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.

 

Məlumata görə, bu barədə Türkiyə hökumətinin sözçüsü Bəkir Bozdağ bildirib.

 

“Türkiyə, İran və Rusiya XİN rəhbərlərinin Suriya üzrə üçtərəfli görüşü martın 14-də Astanada baş tutacaq”, deyə B.Bozdağ qeyd edib.

 

Onun sözlərinə görə, aprelin əvvəlində Türkiyə prezidenti R.T.Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüşün keçirilməsi planlaşdırılır.

 

“Bundan sonra Suriya üzrə Rusiya-Türkiyə-İran zirvə toplantısının keçiriləcəyi gözlənilir”, deyə B.Bozdağ əlavə edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar