Türkiyə-İran sərhədində partlayışda xəsarət alan ANAMA əməkdaşları Azərbaycana gətiriləcək
23.06.2017 1107 0.0 0

“Türkiyə - İran sərhədində mina partlayışında yaralanan ANAMA-nın iki istehkamçısının vəziyyəti normaldır, onların həyati üçün hər hansı təhlükə yoxdur”. Bunu ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova deyib.

 

O bildirib ki, Ramazan bayramı günlərində hadisə nəticəsində xəsarət almış Ruslan Qasımov ilk mərhələdə, Həzi Aslanov isə ikinci mərhələdə ANAMA-nın digər əməkdaşları ilə birlikdə Türkiyədən Azərbaycana qayıdacaqlar.

 

S. Sərkərova qeyd edib ki, istehkamçılar ölkəyə qayıtdıqdan sonra da bir müddət həkim nəzarətində olacaqlar.

 

Qeyd edək ki, ANAMA tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir. 20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar