Türkiyə hərbçiləri İŞİD-in daha 19 silahlısını məhv edib
10.01.2017 843 0.0 0

Türkiyə ordusu Suriyada terrorçu İŞİD qruplaşmasının 19 silahlısını məhv edib.

“Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İnformasiyaya əsasən, Suriyada keçirilən “Fırat kalkanı” (“Fərat qalxanı”) anti-terror əməliyyatı çərçivəsində terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Nəticədə terrorçuların 367 istehkamı və sığınacaq yeri dağıdılıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi “Fırat kalkanı” əməliyyatı 2016-cı il avqustun 24-də başlayıb


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar