Türkiyə Gülənlə bağlı Hindistana TƏLƏB irəli sürdü
09.08.2016 621 0.0 0

Türkiyə dövləti Fətullah Gülənə bağlı məktəblərin bağlanılması üçün Hindistan hökumətinə tələb irəli sürüb.

 

Məlumata görə, bu barədə Hindistanın nüfuzlu “India Today” portalı məlumat yayıb.

 

Məlumata görə, Türkiyənin Mumbaydakı baş konsulu Erdal Sabri Ergen Hindistanın Daxili İşlər Nazirliyinə rəsmi məktubla müraciət edərək Fətullah Gülənə bağlı məktəblərin bağlanılmasını istəyib.   

 

Türk diplomatın məktubunda Fətullah Gülənə bağlı məktəblərin adları və siyahısı göstərilib.

 

Bundan əlavə, məktubda qeyd olunub ki, sözügedən məktəblər Türkiyədə olduğu kimi, digər ölkələr üçün də ciddi təhdid və təhlükə yaradır./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar