Türkiyədə Terror- 2 nəfər ölüb, 31 nəfər yaralanıb
24.11.2016 698 0.0 0

Türkiyənin Adana şəhər Valiliyinin binası qarşısında törədilən partlayış nəticəsində yaralıların sayı 31-ə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bomba yüklü avtomobili əraziyə başıörtülü bir qadın gətirib və maşını hadisə yerində saxladıqdan sonra oradan uzaqlaşıb.

Daha sonra partlayış olub.

*** 10:31

Türkiyənin Adana şəhər Valiliyinin binası qarşısında törədilən partlayış nəticəsində ölənlərin sayı arta bilər.

"Report" xəbər verir ki, bunu Adana Böyük Şəhər Bələdiyyəsinin sədri Hüseyn Sözlü “CNNTürk” televiziyasına açıqlamasında deyib.  

Onun sözlərinə görə, bomba yüklənmiş avtomobil valiliyin binasına girişə ən yaxın yerdə partladılıb: “İki nəfər şəhid olub, 21 nəfər isə yaralanıb. Ölənlərin sayı arta bilər”.

*** 10:01

Türkiyənin Adana şəhər Valiliyinin binası qarşısında törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 17 nəfər yaralanıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Mahmut Demirtaş bildirib. 

Onun sözlərinə görə, ölən iki nəfər dövlət məmurudur. 

Adana valisi deyib ki, partlayış Türkiyə vaxtı ilə saat 08.05-də törədilib: “Partlayışı bir qadının törətdiyi ehtimal edilir”.

*** 09:29

Türkiyənin Adana şəhəri Valiliyinin binası qarşısında partlayış olub.

“Report” "Haber-7"yə istinadən xəbər verir ki, partlayış avtoparkda baş verib. 

Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşını və polis əməkdaşı cəlb edilib. 

Məlumata görə, partlayış nəticəsində 1-i ağır olmaqla 5 nəfər yaralanıb və avtomobil dayanacağındakı çoxlu sayda maşın yanıb.

İlkin ehtimala əsasən, partlayış avtomobilə yerləşdirilən bombanın partladılması nəticəsində törədilib. 

Türkiyənin Avropa İttifaqı üzrə naziri Ömər Çelik “Twitter” səhifəsində yazıb ki, partlayış nəticəsində çoxlu sayda insan yaralanıb. 

Fotolar "Hürriyet"indir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar