Türkiyədə Rusiya səfirinin qətlinin sifarişçiləri müəyyən edilib
13.06.2017 1819 0.0 0

Türkiyə Prokurorluğu Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlinin beş mümkün sifarişçisinin şəxsiyyətini müəyyənləşdirib.

Məlumata görə, bu barədə yerli KİV-ə istinadən "Hurriyet Daily News" qəzeti yazıb.

Prokurorluq hesab edir ki, beş şübhəlidən biri rusiyalı diplomatın qətlinin sifarişçisi ola bilər. Onların hamısı faciənin baş verdiyi oteldə qalıblar və qatil Mövlud Altıntaş ilə əlaqə saxlamış ola bilərlər.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, Altıntaş qətldən bir neçə gün əvvəl otel yaxınlığındakı ticarət mərkəzində olub, burada "FaceTime" proqramı vasitəsilə şübhəlilərdən biri ilə online-söhbət edib, sonra isə oteldə onunla görüşüb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar