Türkiyədə Qurban bayramı tətili on gün olacaq
11.08.2017 780 0.0 0

 "Qurban bayramı tətilinin on gün olması turizm baxımından da məqsədəuyğundur".

Türkiyə KİV-inə istinadən xəbər verilir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O, hökumətin on günlük tətillə bağlı bir proqram üzərində çalışdığını da vurğulayıb.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım avqsutun 11-də jurnalistlərin məsələ ilə bağlı sualına cavabında deyib: “Avqustun 15-də hökumətin iclasında bu barədə qərar qəbul ediləcək”./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar