Türkiyədə Kamal Kılıcdaroğlu silahlı hücuma məruz qalıb
25.08.2016 622 0.0 0

Türkiyənin müxalifətdə olan Cümhuriyyət Xalq Partiyasını (CHP) sədri Kamal Kılıcdaroğlunun maşın karvanı atəşə tutulub. 

"Milliyet" qəzetinə istinadən xəbər verilir ki, hadisə CHP liderinin də olduğu maşın karvanı Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Məlumata görə, CHP lideri təyyarə ilə Karsa uçaraq, oradan Artvindək tədbirlərdə iştirak etməyə gedirmiş. Hadisə də həmin vaxt baş verib.

K.Kılıcdaroğlunun mühafizəçiləri atəşə qarşılıqlı cavab verib. Bundan sonra təhlükəsizlik qüvvələri atəş açan naməlum şəxslərin tutulması istiqamətində əməliyyata başlayıb./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar