Türkiyədə İŞİD üzvləri həbs edilib
12.08.2017 651 0.0 0

Türkiyədə İŞİD terror qruplaşmasının tapşırığı ilə qətllər törətməkdə şübhəli bilinən 3 şəxs həbs edilib. “Anadolu”ya istinadən verilən xəbərə görə, polis əməliyyatları eyni zamanda Şanlıurfa, Qaziantep və Malatya əyalətlərində keçirilib. Əməliyyat iyulda Şanlıurfada Suriya vətəndaşının qətli ilə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.

 

Məlumata görə, saxlanılan şəxslərdə qətldə istifadə olunan silah aşkarlanıb.

 

İstintaqın versiyasına əsasən, Suriyanın Rəqqa şəhərindən Türkiyəyə gələn terrorçular İŞİD-ə qarşı mübarizədə iştirak edən şəxslərə hücumlar planlaşdırırmışlar.  /apa/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar