Türkiyədə İŞİD-ə qoşulmaq istəyən iki Azərbaycan vətəndaşı tutulub
26.11.2016 841 0.0 0

Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 25 nəfər tutulub.
 
“Milliyet” qəzetinə istinadən verilən məlumata görə, Türkiyə polisinin Qaziantep, Şanlıurfa və Aydında keçirdiyi əməliyyat nəticəsində tutulanlardan 12-ci Rusiya, 8-i Türkiyə, 2-si Azərbaycan, 2-si Özbəkistan, 1-i isə Tacikistan vətəndaşıdır.
 
Tutulan şəxslərdən silah, hərbi geyim, elektron informasiya daşıyıcısı, bir neçə dildə yazılmış vərəqələr və narkotik götürülüb.
 
Onların hamısında saxta sənədlər olub.
 
Xüsusi xidmət orqanlarının versiyasına görə, tutulan şəxslər Suriya ərazisinə keçərək İŞİD sıralarına qoşulmağı planlaşdırıblar./APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar