Türkiyədə general və admiralların sayı 40 faiz azalıb
24.07.2017 593 0.0 0

Ötən ilin iyulunda Türkiyədə hərbi çevrilişə cəhddən sonra keçən zaman ərzində Türkiyə Hərbi Qüvvələrində aparılan təmizləmə işlərindən sonra general və admiralların sayı 40 faiz azalıb.

Məlumata görə, hərbi çevrilişə cəhddən öncə Türkiyə Hərbi Qüvvələrində 236 general və admiral olduğu halda, indi onların sayı 196-dır.

Həmin hadisədən sonra Türkiyə Hərbi Qüvvələrinə 13 min yeni hərbçi cəlb edilib ki, onların da əksəriyyəti istefada olan hərbçilərdir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar