Türkiyədə futbol matçı zamanı telefonla danışan polis meydana girib - VİDEO
23.08.2017 793 0.0 0

Futbol üzrə Türkiyə kubokunun I turu çərçivəsində keçirilən “Sinopspor” – “Yeni Amasyaspor” oyununda maraqlı hadisə baş verib.

Məlumata görə, avqustun 22-də baş tutan görüşün 81-ci dəqiqəsində təhlükəsizliyə cavadeh olan polis məmuru telefonla danışa-danışa meydan girib. O, yan xətt hakiminin işarəsindən sonra qazonu tərk edib.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar