Türkiyədə ev almaq istəyən 71 yaşlı Bakı sakininə qarşı 241 min manatlıq dələduzluq edilib
20.02.2018 933 3.0 0

Bakı şəhər sakini ona qarşı dələduzluq edilməsi iddiası ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

 

 

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, 71 yaşlı Nadir Nəzərov müraciətində bildirib ki, Türkiyə vətəndaşı Hikmət Süleyman Yigitol tərəfindən aldadılıb.

 

N.Nəzərov qeyd edib ki, o, 2017-ci ilin avqust ayında Hikmet Süleymana Türkiyədə ev almaq üçün 241 min manat verib. Lakin ötən 6 ayda Türkiyə vətəndaşı evi onun adına rəsmiləşdirməyib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar