Tarix: 09.12.2016,   Saat: 13:37, Cümə.          

Türkiyədə dolların məzənnəsi tarixi maksimal həddə çatıb- Dünyanın diqqəti yenə də ABŞ-da

Türkiyədə ABŞ dollarının məzənnəsi tarixi maksimal həddə - 3,0972 TRY/USD-yə çatıb. Məlumata görə, buna səbəb ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsi üzrə bu gün axşam açıqlanması gözlənilən məlumatlarla bağlı narahatlıqlar olub. 

Qeyd edək ki, Türkiyədə dolların məzənnəsinin son maksimal həddi bu ilin iyulun 20-də (3,0965 TRY/USD) qeydə alınıb və dövlət çevirilişi cəhdi ilə bağlı olub. 

"Report"un analitik qrupu hesab edir ki, Türkiyənin reytinqinin azaldılması bu ölkədən kapital axınına səbəb olduğuna görə, dollara tələbat sürətlənib. FES-in dekabr iclasında uçot dərəcəsini artırmaq niyyətinin daha da güclənməsi ilə məzənnənin daha da artacağı və 3,25-3,30 TRY/USD səviyyəsinə yaxınlaşacağı ehtimal edilir./report/



  Bölmə: Dünya | Baxış sayı: 948 | Tarix: 12.10.2016, 18:56


Xəbərlər