Türkiyədə deputatlar spiker seçə bilmədilər
30.06.2015 618 0.0 0

Türkiyənin yeni seçilmiş millət vəkilləri parlament sədrini seçə bilməyiblər. 

Məlumata görə, Türkiyə parlamentinin spikerinin seçilməsi üçün keçirilən seçkilərin birinci və ikinci turları başa çatıb.

Belə ki, birinci turda Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi İsmət Yılmaz ikinci turda 256 səs, Cümhuriyyət Xalq Pariyasının (CHP) namizədi Dəniz Baykal 128 səs, Milliyətçi Hərəkat Partiyasının (MHP) namizədi Ekmələddin İhsanoğlu 80 səs, Xalqların Demokrat Partiyasının (HDP) namizədi Dengir Mir Mehmet Fırat 80 səs toplayıb.

İkinci turda heç bir namizəd zəruri sayda səs toplamayıb. 

Sabah səsvermənin üçüncü və dördüncü turları keçiriləcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar