Türkiyədə dəniz reysləri təxirə salındı
07.01.2020 203 0.0 0

Marmara dənizində, İstanbul akvatoriyasında dəniz reysləri ləğv edilib.

Məlumata görə, bu qərar həmin ərazidə əlverişsiz hava şəraiti ilə əlaqədar qəbul edilib.

Qeyd olunur ki, sabaha planlaşdırılan bəzi dəniz reysləri ləğv edilir.

Bu reyslərin digər vaxta keçirilib-keçirilməməsi barədə məlumat verilməyib.

Xatırladaq ki, sonuncu dəfə Türkiyədə dəniz reysləri keçən il dekabrın 30-da təxirə salınmışdı./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar