Tarix: 09.12.2016,   Saat: 03:58, Cümə.          

Türkiyədə bir universitetdə müəllimlər kütləvi şəkildə işdən çıxarılıb

Türkiyənin Dənizli bölgəsindəki Pamukkale Universitetindən daha 85 müəllim işdən kənarlaşdırılıb.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, qanun hökmündə qərar əsasında universitetdən uzaqlaşdırılanlardan 8-i professordur.
Onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq işi çərçivəsində işdən azad ediliblər.
Məlumata görə, FETÖ-yə dair ilk qanun hökmündə qərarla bu unversitetdən 56 professor və dosent xaric olunmuşdu.
Qeyd edək ki, iyulun 15-də dövlət çevirlişinə cəhddən sonra bu unversitetdən FETÖ ilə bağlı işdən ümumilikdə 141 professor, dosetn və müəllim işdən çıxarılıb. 



  Bölmə: Gündəm | Baxış sayı: 189 | Tarix: 31.10.2016, 14:41


Xəbərlər