Türkiyədə ABŞ təyyarəsini vurmağı planlaşdırmaqda şübhəli bilinən Rusiya vətəndaşı tutulub
10.08.2017 651 0.0 0

Türkiyənin Adana əyalətindəki İncirlik hərbi hava bazasında ABŞ-a məxsus təyyarəni pilotsuz uçuş aparatı vasitəsilə düşürməyi planlaşdırmaqda şübhəli bilinən terrorçu İŞİD qruplaşmasının silahlısı tutulub.

Məlumata görə, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Tutulan şəxs Renad Bakiev Rusiya vətəndaşıdır. 

Məlumata görə, o, Türkiyədəki ələvi dərnəklərinə də hücum etməyi planlaşdırıb.  /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar