Türkiyədə 6 gün ərzində 50-dən artıq insan yol qəzalarında həlak olub
15.08.2019 483 0.0 0

Türkiyədə son 6 gün ərzində yol qəzalarında 50-dən artıq insan həlak olub.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, bayram tətilində (9 avqust - 14 avqust) qeydə alınan yol qəzaları zamanı 52 nəfər həlak olub, 427 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Qeyd edilir ki, yalnız tətilin son günündə yol qəzalarında 11 nəfər həlak olub, 79 nəfər isə xəsarət alıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar