Türkiyədə 43 terrorçu zərərsizləşdirilib
16.08.2017 754 0.0 0

Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın 43 terrorçusunu zərərsizləşdirib.

"Anadolu"ya istinadən xəbər verilir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, antiterror əməliyyatları Mardin, Şırnak, Tunceli, Muş, Hakkari və Diyarbəkir vilayətlərində keçirilib. Zərərsizləşdirilən terrorçulardan 28-i məhv edilib, 14 nəfər təhlükəsizlik qüvvələrinə təslim olub, 1 nəfər tutulub.

Əməliyyatlar zamanı PKK-nın 15 sığınacağı məhv edilib. Bununla yanaşı, terrorçulardan 47 ədəd silah, 37 əl qumbarası, 2,7 ton partlayıcı maddə götürülüb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar