Türkiyədə 10 PKK terrorçusu məhv edilib
28.05.2017 645 0.0 0

Türkiyənin şərqində PKK terror qruplaşmasının 10 silahlısı məhv edilib.

"Anadolu" agentliyinə istinadən verilən məlumatına görə, bu barədə Van qubernatorunun administrasiyasından xəbər verilib.

Xəbərdə bildirilir ki, terrorçuların mövqeləri pilotsuz uçuş aparatı ilə müəyyən edilib. Bundan sonra Hərbi Hava Qüvvələri Van vilayətinin şərqindəki Koruklu kəndində PKK silahlı qruplaşmasına zərbələr endiriblər. 

Əməliyyat zamanı "F-16" təyyarələrindən istifadə edilib. Məlumata görə, PKK silahlıları yeni terror aktı planlaşdırırmış./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar