TÜRKİYƏDƏ QASIRĞA HƏYATI İFLİC ETDİ, ÖLƏN VAR-FOTO
01.02.2015 880 0.0 0

İstanbulda başlayan  qasırğa həyatı iflic edib. Pendik də qasırğa  təsiriylə daşan dəniz sanki yer ilə birləşib. Sahil yolunda istirahət ərazisi və oturacaqlar suyun altında qalıb.

Türkiyənin Milliyət qəzetinin yazdığına görə, Qasırğanın nəticəsində yaranan iri su gölməçəlırində hətta ətrafdakı avtomobillər suda batıb.Sahil yolunda yaranan busonra Tuzla istiqamətinə doğru  vəziyyətdən böyük tıxaclar yaranıb. Bu səbəbdən İstanbulda  xilasetmə qrupları hərəkətə gətirilib. 

 

Xatırladaq ki, Qasırğa Kadıköydə nəhəng dalğalar səbəbiylə sahil ətrafı yollar  sular altında qalıb. Onlarla avtomobilin qapalı qaldığı əraziyə yanğın söndürən maşınlar cəlb olunub.
İstanbulda hökm sürən qasırğavə ondan yaranan  nəhəng dalğalar, Kadıköydə həyatı iflic etdib.

Bursa şəhərində isə qasırğa ölümlə nəticələnib. Stadion tikintisi üçün istifadə olunun qaldırıcı kranın aşması nəticəsində bir nəfər həyatını itirib. 

Kran, yaxınlıqdan keçən taksinin üzərinə düşüb, nəticədə maşında olan iki nəfər xəsarət alıb. Sərnişini xilas etmək mümkün olsa da, taksi sürücüsü xəstəxanada dünyasını dəyişib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar