Türk kanalı Əli Həsənovun nəvəsi haqda reportaj yaydı – Video
24.07.2019 887 1.0 0

Türkiyənin “Haber Türk” telekanalı baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2 il əvvəl törətdiyi dəhşətli qəza haqda reportaj hazırlayıb.

“Yeni Sabah” xəbər verir ki, telekanal hadisə haqda xatırlatma verir və sonrakı proseslərdə Ə. Həsənovun qəzada xəsarət alan ailəni aldatdığını qeyd edir:

“Qəzadan sonra Əli Həsənov ailədən şikayətçi olmamağı xahiş edib və bütün müalicə xərclərini ödəyəcəyini bildirib. Amma sonra verdiyi sözlərə əməl etməyib”.

Qəza zamanı N. Allahverdiyevin vurduğu türk iş adamı Mutallib Tekiş deyir: “3 uşaqla xoşbəxt yaşayırdıq. Amma indi əzaba dönüb. Afrikada olan böyük yatırımlarım bu qəzaya görə məhv oldu”.

Telekanal qəza zamanı maşının sürətinin 240 km olduğunu qeyd edir.

Reportajı təqdim edirik:


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar